AZ

Tramp komandası ilə Qrenlandiyanın satın alınmasını müzakirə edir

Ajans.az- ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib. "Prezident hazırda bu məsələni milli təhlükəsizlik komandası ilə fəal şəkildə müzakirə edir", – o, müvafiq suala cavabında qeyd edib. Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı barədə suala cavabında Livitt deyib ki, Tramp heç bir variantı istisna etmir, lakin diplomatiya onun üçün həmişə birinci yerdədir. Bu arada məlum olub ki, ABŞ dövlət katibi Marko Rubio gələn həftə Danimarka hakimiyyətinin nümayəndələri ilə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün görüşməyi planlaşdırır. Qeyd edək ki, aparıcı Avropa dövlətlərinin və Kanadanın liderləri Donald Trampın bu ərazini ələ keçirməklə bağlı növbəti təhdidlərindən sonra Qrenlandiyaya dəstək ifadə edərək bildiriblər ki, Arktika adası onun xalqına məxsusdur.

Son günlər Donald Tramp dəfələrlə Qrenlandiya üzərində nəzarət qurmaq istəyini bəyan edib. Tramp adanın ABŞ-nin hərbi strategiyası üçün mühüm əhəmiyyət daşıdığını bildirir və Danimarkanı müdafiə üçün yetərli tədbirlər görmədiyini iddia edir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO-nun müstəqil üzvü deyil, lakin Danimarkanın Qərb alyansındakı üzvlüyü çərçivəsində müdafiə olunur.

Seçilən
79
Ajans.az

1Mənbələr