AZ

Tramp Petro ilə iki ölkə arasında olan fikir ayrılıqlarını müzakirə edib

“Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, narkotik və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng etdi”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

“Onun zəngini və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm. Dövlət katibi Marko Rubio ilə Kolumbiyanın xarici işlər naziri arasında razılaşmalar əldə edilir. Görüş Vaşinqtonda, Ağ Evdə keçiriləcək”, - Tramp əlavə edib.

Seçilən
30
2
apa.az

3Mənbələr