Bakı. Trend:
Minneapolisdə ABŞ Miqrasiya və Gömrük Nəzarəti İdarəsinin (ICE)əməkdaşı bir qadını güllələyərək öldürüb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyixəbər verib.
Məlumata əsasən, İdarə əməkdaşları qadından yolun ortasındadayanıb maşınından düşməsini tələb etdilər.
Maşın irəliləməyə başlayanda zabitlərdən biri sürücüyə atəşaçıb. Qadın aldığı yaralardan ölüb.
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) qadının maşını ICEəməkdaşlarının üzərinə sürməyə cəhd etdiyini və hadisəninözünümüdafiə olduğunu bildirib və sürücünün hərəkətlərini "daxiliterrorizm" adlandırıb.