ain.az, Lent az portalına istinadən məlumat yayır.
Uzunmüddətli proqram təminatı dəstəyi təklif edən Android dünyasının aparıcı brendlərindən biri olan “Xiaomi”, bəzi modelləri üçün istifadə müddətinin bitmə tarixini (EOL) müəyyən edib.
Lent.az xəbər verir ki, şirkətin yeniləmə siyasətinə əsasən, 2026-cı ildə ümumilikdə 19 fərqli smartfon və planşet modeli üçün rəsmi dəstək tamamilə bitəcək.
Göstərilən tarixlərdən etibarən sadalanan cihazlar artıq Android əməliyyat sistemi yeniləmələrini, “HyperOS” interfeysi yeniləmələrini və vacib təhlükəsizlik yeniləmələrini almayacaq.
Cihazlar işləməyə davam etsə də, istifadəçilərə yeni təhlükəsizlik qüsurlarına qarşı həssas ola biləcəkləri üçün daha yeni modellərə keçmələri tövsiyə olunur.
Dəstəyi dayandırılacaq cihazların siyahısı belədir:
“Xiaomi” 12 Pro – Mart 2026
“Xiaomi” 12 Lite – İyul 2026
“Xiaomi” 12T – Oktyabr 2026
“Xiaomi” 12T Pro – Oktyabr 2026
“Xiaomi” Pad 6 – İyul 2026
Redmi Note 12 5G – Mart 2026
Redmi Note 12 Pro – Aprel 2026
Redmi 12C – Mart 2026
Redmi 13C – Noyabr 2026
Redmi A2 – Mart 2026
Redmi A2+ – Mart 2026
Redmi Pad SE – Avqust 2026
“POCO” C65 – Noyabr 2026
“POCO” F5 – May 2026
“POCO” F5 Pro – May 2026
“POCO” X5 Pro 5G – Fevral 2026
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.