AZ

O, üç il müddətinə yarışlardan kənarlaşdırıldı

Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.

Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.

Seçilən
70
sportinfo.az

1Mənbələr