Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Çinli alimlər 750 milyon il əvvəl Marsda dörd metr qalınlığında çöküntü təbəqəsi olan daimi su səthinin olduğunu aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
"Çöküntü təbəqəsinin vahid qalınlığı və davamlılığı vulkan püskürmələrinin və ya küləklə əlaqəli proseslərin ehtimalını istisna edir. Yeganə ağlabatan izahat odur ki, o dövrdə bu ərazi dayaz və ya böyük gölə bənzər su səthi olub", - deyə tədqiqatçılardan biri bildirib.
Alimlərin araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmək olur ki, Marsda su indiyə qədərki təxminlərdən bir neçə yüz milyon il daha öncə mövcud olub.
Əvvəl Marsda qədim çimərliklərə bənzəyən yeraltı tikililər kəşf edilmişdi. Bu da təxminən 4 milyard il öncə Marsda böyük bir su hövzəsinin olduğunu təsdiqləmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.