AZ

“Qarabağ”ın ulduzu: "Liverpul"a qarşı matçdan əvvəl bir şey demək axmaqlıq olardı”

"Qarabağ"ın legioneri Marko Yankoviç komandasının Çempionlar Liqasındakı pley-off şanslarını dəyərləndirib.

Sportinfo.az "Mozzart Sport"a istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi qalan son iki matçda - "Ayntraxt" və "Liverpul"a qarşı mübarizə aparacaqlarını deyib:

"10 xalla Çempionlar Liqasında irəliləyəcəyimizə ümid edirik. Bunun "Ayaks"la görüşdə baş verəcəyinə inanırdıq.

Məqsədimizə çatmaq üzrə idik, amma futboldur da. Beş-altı dəqiqə sonra hər şey dəyişə bilər.

Bir şansı əldən verdik və indi "Ayntraxt"la görüşdə daha bir şansımız var. Evdə oynayırıq, amma yenə də çox güclü bir komanda ilə qarşılaşacağıq.

İndiyə qədərki nəticələrimizi nəzərə alsaq, daha iddialı nəyəsə nail ola biləcəyimizə ümid edirik. Sonra isə turnir cədvəlindəki mövqeyimizə baxacağıq.

Xüsusilə "Liverpul"a qarşı matçdan əvvəl bir şey demək axmaqlıq olardı. Amma hər oyunda əlimizdən gələni edirik”.

Seçilən
30
sportinfo.az

1Mənbələr