AZ

Rubio G7 ölkələrinin xarici işlər nazirləri ilə Venesuela məsələsini müzakirə edib

Vaşinqton, 8 yanvar, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirləri ilə danışıb. AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər ABŞ-ın Karib dənizindəki narkotik əleyhinə əməliyyatlarını, Nikolas Maduronun həbsini və Venesuelada hakimiyyətin düzgün və məntiqli şəkildə ötürülməsinin vacibliyini müzakirə ediblər. Ölkələr Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün davam edən danışıqları dəstəklədiklərini bir daha təsdiqləyiblər.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
96
azertag.az

1Mənbələr