ain.az, 525.az portalına istinadən məlumat yayır.
Rusiyanın Primorye vilayətində qəribə avtomobil qəzası baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amur körfəzində buz üzərində hərəkət edən 3 avtomobil batıb.
Vladivostokda, Tavriçanka adlanan yerdə körfəzin buz bağlamasından istifadə edən balıqçılar avtomobillə buz üzərində çıxıblar. Lakin ağırlığa tab gətirməyən buz qatı qırılıb və avtomobillər suyun dibinə gediblər. Qəza zamanı xəsarət alan olmayıb. Belə ki, sürücülər və sərnişinlər vaxtında avtomobilləri tərk ediblər.
Qeyd edək ki, qanunla qadağan olunmasına baxmayaraq, bu ərazilərdə macərasevərlər və balıqçılar tez-tez buz üzərində avtomobil idarə edirlər.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.