AZ

Tramp gələn həftə Qəzza Sülh Şurasını tərkibini elan edəcək

Vaşinqton, 8 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın gələn həftə atəşkəs razılaşmasının ikinci mərhələsinin bir hissəsi olaraq Qəzza Sülh Şurasını tərkibini elan etməsi gözlənilir. AZƏRTAC-ın məlumatına görə, bu barədə “Axios” ABŞ-dakı rəsmi mənbəyə istinadən xəbər yayıb. Qeyd olunub ki, şuraya üzv olmaq üçün aparıcı ölkələrə dəvət göndərilib.

ABŞ rəsmiləri bildiriblər ki, plan Trampın xarici siyasət gündəliyindəki Venesuela və Ukrayna-Rusiya sülh danışıqları kimi digər məsələlərin inkişafından asılı olaraq dəyişə bilər.

Trampın sədrliyi ilə təxminən 15 dünya liderinin daxil olduğu şura hələ yeni formalaşacaq Fələstin hökumətinə və yenidənqurma prosesinə nəzarət edəcək.

Şuraya qoşulması gözlənilən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə var.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
61
1
azertag.az

3Mənbələr