AZ

İstanbulda qorxunc mənzərə Narkotik qəbul edən yeniyetmələr zombi yə çevrildilər (FOTO)

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbulun  Pendik rayonunda dəhşətli görüntülər lentə alınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, narkotik qəbul edən iki yeniyetmə  küçənin ortasında "zombilər"ə xas davranışlar nümayiş etdiriblər.

Ərazidən keçənlərin onları heyrətlə izləməsindən az sonra yeniyetmələrdən biri yıxılıb. Digəri isə dəqiqələrlə tərpənmədən qıvrılmış formada qalıb.

Onların görüntüsünü (Etik olmadığı üçün videoni təqdim etmirik - Mia.az) lentə alan bir qadın isə göz yaşlarını saxlaya bilməyib: "Axı niyə özünüzü, həyatınızı belə məhv edibsinz?"

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
mia.az

1Mənbələr