“Avropanı ‘Oreşnik’lə vuraq, Qara dənizdə gəmiləri batıraq”.
İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov Rusiya tankerin ələ keçirilməsinə cavab olaraq sərt təkliflə çıxış edib.
O, Avropaya “Oreşnik” raketi ilə zərbə endirməyə və Qara dənizdə gəmiləri batırmağa çağırıb.
Deputat ABŞ-nin hərəkətlərini böyük müharibəyə hazırlığın bir hissəsi hesab edir.
Qurulyov “dəniz piratçılığı”na qarşı güzgü effekti ilə cavab verməyi – yəni gəmiləri saxlamağı, yoxlamağı və zərurət yaranarsa, batırmağı təklif edib.
Xuraman Etibarlı
İnterpress.az