İranda etiraz aksiyalarında iştirak edən qüvvələr artıq üçüncü şəhər üzərində nəzarəti ələ keçiriblər.
NOCOMMENT.az xəbər verir ki, söhbət paytaxt Tehranın qərbində yerləşən Kərəc şəhərindən gedir.
Kərəc İranın iri şəhər-peykidir və ölkənin əsas sənaye mərkəzlərindən biri hesab olunur. Şəhər strateji baxımdan mühüm mövqedə yerləşərək Tehranı Xəzər dənizi istiqaməti və digər bölgələrlə birləşdirən əsas nəqliyyat qovşaqlarından sayılır.
Eyni zamanda, Kərəc Əlborz əyalətinin inzibati mərkəzidir. Rəsmi məlumatlara əsasən, şəhərin əhalisi 1,5 milyondan çoxdur və bu da onu ölkənin ən böyük urban mərkəzlərindən birinə çevirir.