AZ

Boşandığı üçün filmdən uzaqlaşdırılıb

ain.az bildirir, Axsham.az portalına istinadən.

Amerikalı aktrisa Qvinet Peltro "Coldplay" qrupunun solisti Kris Martinlə boşandıqdan sonra bir filmdən işdən çıxarılıb.

Axşam.az-ın məlumatına görə, aktrisa “Good Hang” podkastında bildirib ki, 2014-cü ildə keçmiş həyat yoldaşından ayrıldıqdan dərhal sonra bir filmdə çəkilməli idi. Lakin boşanma ilə bağlı mediada çoxlu mənfi materiallar dərc olunub və filmin distribütoru aktrisanı çəkilişlərdən kənarlaşdırmaq qərarı verib.

Xatırladaq ki, 2014-cü ildə Peltro Kris Martinlə ayrılığını “şüurlu ayrılıq” (“conscious uncoupling”) adlandırmışdı. Bu ifadə sürətlə populyarlaşıb və sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən travmatik bir təcrübəni təsvir etməyin pretensiyalı yolu kimi qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
axsam.az

1Mənbələr