AZ

Atasına donuz ətindən ehsan verdi

Türkiyədə ölmüş şəxsə donuz ətindən ehsan verilib. 

KONKRET.az “Yeni Sabah”a istinadən bildirir ki, hadisə 2015-ci ildə ölkənin Aydın vilayətində qeydə alınıb.

Adı açıqlanmayan Aydın sakini vəfat edən atasının yas mərasimində yarım ton donuz ətindən yemək bişirtdirib.

Belə ki, mərasimdə iştirak edən 3 mindən çox insana ehsan kimi donuz ətindən hazırlanan qovurma ilə düyü paylanılıb.

Hadisənin üzə çıxmasına səbəb həmin şəxsin din xadimindən bu işin günah, yoxsa savab olmasını soruşması olub. Din xadimi sualı cavablandırmayıb və həmin şəxsin yanından uzaqlaşıb. Bundan sonra hadisənin üstü açılıb. 

Məlum olub ki, həmin şəxs əvvəllər də çöl donuzu ovlayıb ətini restoranlara, qəssablara və iş yerlərinə mal əti adı ilə satıb. Hətta onun əlində donuz əti tutulub, barəsində inzibati tənbeh tədbirləri görülüb. Amma o, əməlindən əl çəkməyib və hətta donuz ətindən atasına ehsan da verib.

 

Seçilən
71
konkret.az

1Mənbələr