AZ

Z nəslinin gəlirləri kəskin artacaq

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bank of America" İnstitutu tərəfindən yayımlanan araşdırmaya görə, qarşıdakı 10 il ərzində Z nəsli (zumerlər) dünya iqtisadiyyatında əsas hərəkətverici qüvvələrdən birinə çevriləcək.

Axşam.az xəbər verir ki, hesabata əsasən, zumerlər dünya əhalisinin təxminən 30 faizini təşkil edəcək, onların ümumi gəlirləri isə kəskin artacaq. Belə ki, 2030-cu ilə qədər bu göstəricinin 36 trilyon dollar, 2040-cı ilə isə 74 trilyon dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Araşdırmada qeyd olunur ki, Z nəslinin xərcləri orta əhali göstəricilərindən daha yüksəkdir. Xüsusilə gündəlik tələbat mallarına, səyahətə və əyləncəyə daha çox vəsait xərcləyirlər. Eyni zamanda, onların xərcləri bir çox hallarda yığımlarını demək olar ki, iki dəfə üstələyir. Bu isə əvvəlki nəsillərlə müqayisədə həyat xərclərinin daha baha olması ilə əlaqələndirilir.

Sorğu nəticələrinə görə, Z nəslinin nümayəndələrinin 32 faizi eyni yaş dövründə valideynləri ilə müqayisədə maliyyə hədəflərinə çatmaqda geri qaldıqlarını düşünür.

Zumerlərin üzləşdiyi əsas problemlərdən biri də əmək bazarındakı çətinliklərdir. Belə ki, fevral ayında Z nəslinə aid ev təsərrüfatları arasında işsizlik müavinəti alanların sayı illik müqayisədə təxminən 32 faiz artıb.

Bununla belə, uzunmüddətli perspektivdə Z nəslinin iqtisadi rolu daha da güclənəcək. Araşdırmada bildirilir ki, bumer nəsli aktivlərini tədricən gənc nəsillərə ötürdükcə, məhz zumerlər və millenniallar xərclər və yığımlar üzrə daha vacib qərarlar verən əsas qrup olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
axsam.az

1Mənbələr