GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski Fransa Prezidenti Emmanuel Makronu və Böyük Britaniyanın Baş naziri Kir Starmeri Avropanı Üçüncü Dünya müharibəsinə sürükləməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
Slutskinin sözlərinə görə, Fransa və Britaniya hərbi kontingentlərinin Ukraynaya göndərilməsinə hazırlıqla bağlı səsləndirilən bəyanatlar mövcud münaqişəni daha da alovlandırır. O bildirib ki, bu cür açıqlamalar regionda gərginliyi artırmaqdan başqa nəticə vermir.
Deputat vurğulayıb ki, Moskva NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsini qəbuledilməz sayır və Rusiyaya qarşı təhdidlər hesabına təhlükəsizlik zəmanətlərinin yaradılmasının mümkün olmadığını dəfələrlə bəyan edib.
Slutski əlavə edib ki, bu tip təşəbbüslər münaqişənin uzanmasına gətirib çıxaracaq və nəticədə Kiyevə qarşı daha sərt şərtlərin formalaşmasına səbəb ola bilər.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.