Qüdsdə (İsrail - red.) avtobus hərbi çağırış qanununa etiraz edən kütlənin üzərinə sürülüb, nəticədə bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, polis avtobusun sürücüsünü saxlayıb. Xəsarət alanlardan biri (yeniyetmə) xəstəxanaya yerləşdirilib, digər yaralıların vəziyyəti ilə bağlı məlumat yoxdur.