BAKI, 7 yanvar. TELEQRAF
Cəbrayıl ərazisində başlayan yanğın sərhəd boyunca yayılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayan yanğın Füzuli rayon Qazaxlar Mirzənağılılar kəndi ərazilərinə yayılıb.
Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə iki yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır