AZ

Respublikaçı senator İran rəhbərliyinə səsləndi: Donald Tramp sizi öldürəcək

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem 6 yanvarda “Fox News”da bildirib ki, İran liderləri etirazçılara qarşı ölümcül güc tətbiq etməyə davam etsələr, ciddi nəticələrlə üzləşəcəklər. “Donald Tramp Barak Obama deyil.

O, sizi [iranlıları] dəstəkləyir. Və mən ayətullahlara müraciət edirəm: başa düşməlisiniz ki, daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp da sizi öldürəcək”, – deyə senator bildirib. O qeyd edib ki, İranda dəyişiklik olacaq. İrandakı mövcud rejimdən qurtulmaq Yaxın Şərq tarixində ən əhəmiyyətli dəyişiklik olacaq. “İran xalqı, kömək artıq yoldadır”, – Qrem bəyan edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
56
editor.az

1Mənbələr