“Qarabağ” Bolqarıstanın “Slaviya” klubunda çıxış edən 19 yaşlı vinger Kristiyan Balovu transfer siyahısına salıb.
İdmanxeber.az xəbər verir ki, futbolçu “Transfermarkt”da 500 min avro dəyərində göstərilir. Sofiya klubu isə hücumçu üçün minimum 2 milyon avro tələb edir.
Balova “Qarabağ”la yanaşı, “Anderlext”, “Trabzonspor”, “Ludoqorets” və “Rakuv Çenstoxova” da maraq göstərir.
Bolqarıstanın U-21 millisinin üzvü olan Balov cari mövsümdə 21 oyunda 3 qol və 3 assistlə diqqət çəkib.