ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə Qrenlandiyanın ABŞ tərəfindən alınması planını müzakirə edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında yayımlanan brifinqdə mətbuat katibi Karolin Levitt məlumat verib. Onun sözlərinə görə, mövzu hazırda Pezident və milli təhlükəsizlik qrupu tərəfindən fəal şəkildə nəzərdən keçirilir.
“Bu, hazırda Prezident və onun milli təhlükəsizlik komandası tərəfindən aktiv şəkildə müzakirə olunan bir məsələdir. Əgər lazım gələrsə, həmin ərazi ilə bağlı qərar veriləcək. Burda hər bir ehtimaldan söhbət gedir”, – deyə Levitt jurnalistin sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, yanvarın 6-da bir sıra Avropa ölkələrinin liderləri ABŞ-ın Qrenlandiyaya artan marağı fonunda Danimarkanı dəstəkləyən birgə mövqe ortaya qoyublar.
Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Birləşmiş Krallıq və Danimarka liderlərinin imzaladığı sənəddə mövcud sərhədlərə hörmət edilməsinin vacibliyi vurğulanıb.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.