Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 5-də də Salyanda ağır qəza baş vermiş, nəticədə üç nəfər ölmüş, bir neçə nəfər isə yaralanmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.