AZ

Ərdoğan futbolçu qızlara avtobus hədiyyə etdi -

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan qadınlardan ibarət “Yüksəkovaspor” futbol klubunun üzvlərini sevindirib. Dövlət başçısı futbolçu qızlara avtobus hədiyyə edib. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, prezidentin hədiyyəsi bu gün sahiblərinə çatdırılıb. Klub rəhbərliyi və futbolçu qızlar avtobusu görəndə qurban kəsib və rəqs ediblər.

Yuksəkovada təşkil olunan mərasimdə dövlət və hökumət nümayəndələri, siyasətçilər, jurnalistlər və azarkeşlər iştirak ediblər. Qadın futbolçular bahalı hədiyyəyə görə prezident Ərdoğana minnətdarlıqlarını bildiriblər.

Seçilən
75
metbuat.az

1Mənbələr