AZ

"Qəbələ" hər gün bir transfer açıqlayır!

Qış fasiləsinə 11-ci pillədə yollanan "Qəbələ"nin "kürkünə birə düşüb". Əslində "Qəbələ"nin yox, Kaxabar Sxadadzenin! Axı gürcü baş məşqçi klubun rəhbəri Fariz Nəcəfova necə olur-olsun, elitada qalacaqlarına söz verib. Təcrübəli mütəxəssis bu yolda növbəti addımı atıb.“Qəbələ”qış fasiləsində ikinci transferini reallaşdırıb. “Qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə ilyarımlıq müqavilə imzalanıb.
Karyerasına İrlandiyanın “Brey Uonderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Uoterford” kimi klublarda çıxış edib. Son klubu Özbəkistanın superliqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.
Xatırladaq ki, “Qəbələ” dünən də müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlamışdı.

Seçilən
29
football-plus.az

1Mənbələr