ain.az, Avtosfer saytına istinadən bildirir.
Qayda pozub polisdən qaçan sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Texas ştatında baş verən hadisə polis avtomobilinin kamerası tərəfindən qeydə alınıb.
Belə ki, ştatın 59-cu magistral yolunda yüksək sürətlə idarə olunan yolsuzluq avtomobili polis radarına düşüb. Təqibə başlayan polislər qayda pozan şəxsə dəfələrlə “saxla” əmri versələr də, o, bundan imtina edib. Bir müddət sonra sərt döngəyə yüksək sürətlə daxil olan sürücü avtomobili aşırıb. Qəza yerinə çatan polislər aşan avtomobilin sınıq pəncərəsindən qaçmağa çalışan sürücünü qandallayıblar.
Polisin keçirdiyi baxış zamanı nəqliyyat vasitəsində saxta şəxsiyyət vəsiqələri, saxta kredit kartları və saxta yolla alınmış əşyalar tapılıb.
Sözügedən təqibin və qəzanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.