AZ

Mütəxəssis xəbərdarlıq edir: Dərmanların mətbəx və hamamda saxlanması təhlükəlidir » AzadMedia.az


Dərman vasitələrinin düzgün saxlanılmaması onların təsirini itirməsinə və hətta sağlamlıq üçün zərərli olmasına səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə yaşlı insanlar dərmanları tez-tez masa üzərində, mətbəxdə və ya hamam otağında saxlayırlar. Bu məkanlarda yüksək temperatur, rütubət və buxar dərmanların tərkibini dəyişərək onların təsirini azalda və ya tamamilə yararsız hala sala bilər. Həkim vurğulayıb ki, rütubət, istilik və birbaşa günəş şüaları dərmanların aktiv maddələrini dağıdır.
Həmçinin istifadə müddəti bitmiş, eləcə də rəngi, qoxusu və ya konsistensiyası dəyişmiş dərmanların mütləq şəkildə atılmasının vacibliyi qeyd edilib. Təəssüf ki, bir çox yaşlı insan bu qaydaya əməl etmir.
Mütəxəssislər ev aptekində mütəmadi yoxlama aparmağı, dərmanlar üçün ayrıca şkaf və ya aptek qutusu ayırmağı tövsiyə edib. Dərmanların hamamda, mətbəxdə və ya pəncərə önündə saxlanılması məsləhət görülmür. Ən uyğun yer quru, sərin və birbaşa işıqdan qorunan məkandır. Qablaşdırmada “soyuqda saxlanılsın” qeyd olunan dərmanlar isə dondurulmamaq şərti ilə soyuducuda saxlanmalıdır.
Dərmanlar tam istifadə olunana qədər orijinal qablaşdırmada saxlanmalı, müxtəlif həblər eyni flakona yığılmamalı və son istifadə tarixləri mütəmadi yoxlanmalıdır.
Seçilən
17
1
azadmedia.az

2Mənbələr