Burkina Fasoda keçmiş keçid hökumətinin lideri Paul-Henri Sandaogo Damiba tərəfindən təşkil edilən çevriliş cəhdinin qarşısı alındığı elan edilib.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizlik naziri Mahamadou Sana RTB dövlət televiziyasına verdiyi açıqlamada 3 yanvarda ölkədə sabitliyi pozmaq cəhdinin qarşısı alındığını bildirib.