İngiltərə Premyer Liqasında çıxış edən nəhəng klublar heyətlərini gənc yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, "Liverpul" və "Tottenhem" klubları "Brayton"un 22 yaşlı yarımmüdafiəçisi Karlos Balebanın durumunu yaxından izləyir.
"TEAMtalk" nəşrinin məlumatına görə, "Brayton" futbolçu üçün 80-87 milyon funt-sterlinq aralığında təklifləri dəyərləndirəcəyini bildirib.
"Mahmızlar"ın eyni zamanda Konor Qallaher ilə də maraqlandığı qeyd edilir.