Böyük Britaniya Rusiyaya məxsus “Marinera” tankerinin ələ keçirilməsinə yardım edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Britaniya ABŞ-ın xahişi ilə tankeri izləmək üçün kəşfiyyat təyyarələrini göndərib və ABŞ Hərbi Hava Qüvvələrinə öz aviabazalarını təqdim edib.
Qeyd edək ki, ABŞ bu gün Rusiyanın "Marinera" adlı tankerini də ələ keçirib.