AZ

Xabib Nurməhəmmədov “Mançester Siti”ni tənqid etdi: çəhrayı formalarla zala buraxmazdım » AzadMedia.az


UFC-nin sabiq çempionu Xabib Nurməhəmmədov İngiltərənin “Mançester Siti” klubunun məşq bazasına səfəri zamanı komandanın çəhrayı rəngli məşq formalarını tənqid edib. Bu barədə o, şəxsi Telegram kanalında paylaşım edib.
Xabib bildirib ki, futbolçulara zarafat etmədiyini açıq şəkildə deyib: “Onlara dedim ki, bu çəhrayı köynəklərlə mənim zala gəlmələrinə icazə verməzdim. Onlar güldülər, amma mən zarafat etmirdim.”
Paylaşılan fotoda “Mançester Siti”nin bütün futbolçuları çəhrayı formada, Xabib Nurməhəmmədov isə qara geyimdə görünür.
Qeyd edək ki, Xabib son döyüşünü 2020-ci ilin payızında amerikalı Castin Getciyə qarşı keçirib və qələbədən sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb. O, qərarını atasız döyüşməmək barədə anasına verdiyi sözlə əsaslandırıb. Karyerasını bitirdikdən sonra Xabib Eagle FC promouşenini yaradıb.
Xatırladaq ki, 2018-ci ildə UFC 229 turnirində Xabib Konor Makqreqoru dördüncü raundda məğlub etmişdi.
Seçilən
63
1
azadmedia.az

2Mənbələr