Ötən il dekabrın 28-də xərçəngdən vəfat edən məşhur fransız aktrisa Bricit Bardo bu gün vəsiyyətinə uyğun olaraq, Aralıq dənizi sahilindəki Sen-Trope kurort şəhərinin dəniz qəbiristanlığında dəfn edilib.
Moderator.az xəbər verir ki, bu barədə rg.ru məlumat verib.
O, ata və anasının, eləcə də digər yaxın qohumlarının yanında dəfn edilib.
Qəbiristanlıqdakı mərasim məhdud sayda ailə və dostların iştirakı ilə keçirilib. Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər mərasimə dəvət edilməyiblər.