İranda etirazçılar iki şəhəri nəzarətə götürüblər və bir neçə başqa şəhərdə də vəziyyət gərgindir.
İran Milli Müqavimət Şurasının (NCRI) məlumatına görə, etirazçılar İrəm əyalətinin Abdanan şəhərini nəzarətə götürüblər. “Fox News” həmçinin müxalifətin İlam əyalətindəki Məlikşahi şəhərini də ələ keçirdiyini bildirir: “Bu gün İranın qərbindəki iki şəhərdə mühüm bir hadisə baş verib və bu şəhərlər faktiki olaraq etirazçıların nəzarəti altına keçib və insanlar küçələrdə bayram edirlər.” – NCRI Xarici İşlər Komitəsinin üzvü Əli Səfəvi bildirib.
Lakin Abdanan rəsmiləri şəhərin etirazçılar tərəfindən ələ keçirildiyini inkar edirlər. “İran International” xəbər verir ki, İranın digər bir bölgəsində, Cənubi Azərbaycanda davam edən iğtişaşlar fonunda Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə təhlükəsizlik qüvvələri və hərbi kontingentlər yerləşdirilib. Bir neçə İran mediası bu şəhərlərdəki kəşfiyyat işçilərinin siyasi və sosial fəallarla əlaqə saxlayaraq onları etirazlarda iştirak etməməyə çağırdığını bildirib.
Qeyd edək ki, İranda etirazların onuncu günündə 36 nəfər həlak olub, 2000-dən çox insan həbs edilib. Ölkənin 90-dan çox şəhərində etirazlar keçirilir.
//Samir Qurbanov, Editor.az