GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kipr Avropa İttifaqı Şurasına sədrliyi qəbul edib. Sədrlik müddəti 30 iyun 2026-cı ilədək davam edəcək.
Globalinfo.az xəbər verir ki, Kipr sədrliyə, “Avtonom İttifaq – Dünyaya Açıq”dır şüarı ilə başlayıb.
Bu, daxili güc və müstəqilliklə yanaşı, açıq dialoq, əməkdaşlıq və qlobal əlaqələri əks etdirir.
Kipr Respublikasının prezidenti Nikos Xristodulidis bildirib ki, ölkəsi Avropanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işini davam etdirəcək.
“Ukraynaya dəstəyimiz, beynəlxalq hüququn, ərazi bütövlüyünün və suverenliyin qorunması möhkəm və dəyişməz qalacaq,” – deyə o bildirib.
Prezident əlavə edib ki, Kipr Avropa İttifaqının genişlənməsi istiqamətində gücləndirilmiş səyləri davam etdirəcək.
“Kipr genişlənmə məsələsində etibarlı proqramın irəliləməsi üçün çalışacaq,” – deyə Xristodulidis vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.