AZ

Zelenskidən ABŞ-yə ÇAĞIRIŞ: Kadırovu götürün, müharibə dayansın

Zelenski ABŞ-yə Kremlə qarşı güc ssenarisi təklif edib.

İnterpress.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya rəhbərliyinə təzyiq göstərmək üçün sərt əməliyyatlar keçirmək, o cümlədən Çeçenistan rəhbəri Ramzan Kadırovu ələ keçirmək imkanlarına malik olduğunu bəyan edib.

Ukrayna liderinin fikrincə, bu cür addımlar Rusiya prezidentinin mövqeyinə təsir edə və müharibənin dayanmasını yaxınlaşdıra bilər.

Zelenski bu barədə jurnalistlərlə söhbəti zamanı ABŞ-nin beynəlxalq əməliyyatlarını misal çəkərkən bildirib.

O, xüsusilə Venesuela prezidenti Maduroya qarşı keçirilən əməliyyatı xatırladıb:

“Buyurun, sizə Maduro ilə bağlı nümunə. Əməliyyat keçirdilər. Nəticəni hamı gördü, bütün dünya gördü. Bunu tez bir zamanda etdilər”.

Prezidentin sözlərinə görə, analoji tədbirlər “qatil” adlandırdığı Kadırovla bağlı da tətbiq edilə bilər:

“Bəlkə o zaman Putin bunu görər və düşünər”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr