ABŞ: Venesuela ilə 30-50 milyon barel neft almaq barədə razılaşmanı həyata keçirəcəyik
ABŞ dövlət katibi Marko Rubio Venesuela ilə 30-50 milyon barel neft almaq üçün razılaşmanın həyata keçirilməsi prosesində olduqlarını açıqladi:
"Biz Venesuela ilə 30-50 milyon barel neft almaq üçün razılaşmanı həyata keçirmək prosesindəyik. Venesuelada ilk addımımız ölkəni sabitləşdirmək, ikinci addımımız şəraiti yaxşılaşdırmaq, üçüncü addımımız isə keçid mərhələsi olacaq. Venesuela ələ keçirilən tankerlərdən birindən çıxan neftin razılaşmanın bir hissəsi olmasını istəyir.
Venesueladakı keçid hakimiyyətinin nə etdiyi və edə biləcəyi üzərində əhəmiyyətli nəzarətimiz və təsirimiz var.
Venesuela hakimiyyəti bu gün ələ keçirdiyimiz tankerdən neftin satışından əldə edilən gəlirin bir hissəsini almaq istədiklərini bildirib."
aia.az
Tərcümə şöbəsi