Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, Onlardan biri ölüb..
Xezerxeber.az-ın xəbərinə görə, hadisə bu gün gecə saatlarında baş verib. 63 yaşlı Riman Əlisultanov, həyat yoldaşı 61 yaşlı Əntiqə Qasımova və azyaşlı nəvəsi yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.
Yaxınları bildirir ki, evdə digər ailə üzvləri də olub.Sadəcə 3 nəfər zəhərlənib.
Qusar rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan 2 nəfərə dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş olan 2025-ci il təvəllüdlü şəxsin yaxınları iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.