Radamel Falkaonun yeni klubu bəlli olub.
İdmanxeber.az xəbər verir ki, 39 yaşlı kolumbiyalı hücumçu karyerasını yenidən ölkəsində davam etdirəcək. Falkao 6 ay əvvəl ayrıldığı “Milyonarios”la razılığa gəlib.
Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Falkao karyerası ərzində Avropanın bir sıra nəhəng klublarında çıxış edib.