AZ

Qazaxda yanacaq daşıyan maşının yanması necə baş verib?VİDEO

Yanacaq daşıyan maşının yanması ölümlə nəticələnib.

Xezerxeber.az-ın xəbərinə görə, hadisə Qazaxın Xanlıqlar kəndində, "SOCAR Petroleum"a məxsus 7 saylı neft bazasının ərazisində qeydə alınıb.

Məlumata görə, yanacaq daşıyan sisterndə qısaqapanma olub və yanğınla nəticələnən partlayış baş verib.

Əraziyə Qazax və Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. 

Hadisə nəticəsində 7 saylı Qazax Neft Baza sahəsində süzücü-doldurucu vəzifəsində çalışan 32 yaşlı Şamil İbrahimov dünyasını dəyişib. 32 yaşlı Sürət Hacıməmmədov isə xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
36
xezerxeber.az

1Mənbələr