Türkiyədə bələdiyyə sədrinə hücum edilib – hadisə anının görüntüləri yayılıb.
İnterpress.az xəbər verir ki, Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbeyə qarşı hücum edilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə və yerli mediada sürətlə yayılıb.
Kadrlarda izdihamın olduğu bir mühitdə naməlum şəxsin bələdiyyə sədrinə tərəf yönəldiyi və fiziki təzyiq göstərməyə cəhd etdiyi əks olunub.
Görüntülərdən aydın olur ki, həmin an ətrafda olan təhlükəsizlik əməkdaşları və vətəndaşlar dərhal müdaxilə edərək hücumçunu zərərsizləşdirməyə çalışıblar. Hadisə yerində qısa müddətli qarışıqlıq yaşanıb.
Hücumun motivləri və bələdiyyə sədrinin sağlamlıq durumu barədə hələlik rəsmi qurumlardan ətraflı açıqlama verilməyib.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az