Tramp: Rusiya və Çin yalnız "onun yenidən qurduğu ABŞ-a" hörmət edir
RİA Novosti xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya və Çinin yalnız prezidentliyi dövründə "yenidən qurmağı" bacardığı ABŞ-a hörmət etdiyini və qorxduğunu qeyd edib.
Agentliyin məlumatına görə, son aylarda Amerika lideri dəfələrlə əvvəlki administrasiyanı sərt tənqid edən və daxili və beynəlxalq siyasətdəki nailiyyətlərini tərifləyən açıqlamalar verib.
"Rusiya və Çinin hörmət etdiyi və qorxduğu yeganə ölkə mənim yenidən qurduğum Amerika Birləşmiş Ştatlarıdır", - deyə Tramp bildirib.
Daha əvvəl prezident Moskva və Pekinin "ABŞ olmadan NATO-dan qətiyyən qorxmadığını" irəli sürmüşdü.
aia.az
Tərcümə şöbəsi