Radamel Falkaonun karyerasını davam etdirəcəyi yeni klub bəlli olub.
Apasport.az xəbər verir ki, kolumbiyalı hücumçu yenidən ölkəsində çıxış edəcək.
Falkao 6 ay əvvəl ayrıldığı "Milyonarios"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Radamel Falkao karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano"nun formasını geyinib.
Türkiyədə mərc qalmaqalı böyüyür: 108 məşqçi və 105 menecer PFDK-ya göndərilib
Zidanın oğlundan unikal göstərici
Luis Enrike PSJ-yə "yox" dedi
Qasperini İtaliya çempionatı tarixinə düşüb
Kyeza keçmiş klubuna qayıda bilər