AZ

"Atam üçün ehsandır" deyib məscid qarşısında donuz əti payladı

Atasının xeyrinə 3 min nəfərə donuz əti paylayan şəxs günlərdir sosial şəbəkələrdə müzakirə olunur.

Ölkə.Az xəbər verir ki, hadisə Türkiyənin Aydın şəhərində baş verib.

Türkiyə KİV-in yazdığına görə, 2015-ci ildə qəssab C.C atasının xatirəsinə Aydın xalqına təxminən yarım ton donuz ətindən hazırlanmış qovurma paylayıb.

İddialara görə, qəssab Efeler Bəy Məscidinin qarşısında təxminən 500 kiloqram donuz əti qovurmasını plovla birlikdə birlikdə hazırlatdıraraq paylayıb.

Bildirilir ki, qəssab C. C. daha sonra bu vəziyyəti bir din xadiminə danışıb. 

"Hocam, Aydın xalqı mənim donuz ətindən hazırladığım qovurmanı çox sevirdi. Onu yeyənlər yenidən yedilər. İndi mən yaxşı bir iş gördüm, yoxsa günah?", - deyə o axunda sual edib.

Məlumata görə, hadisəni C. C. həbsxanada olarkən dostlarına danışıb.

Qeyd edək ki, adı gizli saxlanılan qəssabın daha əvvəl çöl donuzu əti ticarəti ilə bağlı dəfələrlə məhkəməyə verildiyi bildirilir. Qeyd olunur ki, o, məhz bu səbəbdən azadlıqdan məhrum edilib.
Sözügedən hadisə bu günlərdə sosial şəbəkələrdə yayılıb. Əhalisinin əksəriyyətinin müsəlman olduğu bir ölkədə insanlara bilmədən "ehsan" adı altında donuz əti yedirilməsi kəskin reaksiyalar doğurub.

Billurə
 

Seçilən
97
2
olke.az

3Mənbələr