Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində bir sıra məsələlər diqqət çəkib. Məsələn, ölkə başçısının Xankəndi və Ağdamla bağlı səsləndirdiyi fikirlər müzakirə obyekti olub.
Sitat: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”.
Qeyd edilən çıxış “Bakıya alternativ paytaxt seçimi” kimi dəyərləndirilir. İllərdir ki, bu mövzu ətrafında müzakirələr gedir və əksəriyyət müvafiq qərarın verilməli olduğunu bildirir.
Xankəndi və ya Ağdam gələcəkdə ölkənin paytaxtı ola bilərmi?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Arzuxan Əlizadə danışıb. O xatırladıb ki, Prezident müsahibəsində azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək bu rəqəmin daha da arta biləcəyini deyib: