Gəncədə 23 yaşlı oğlan qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, Zamir Rzayevin özündən 6 yaş kiçik tanışı tərəfindən mübahisə zəminində bıçaqlandığı bildirilir:
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.