AZ

“Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs həyata keçirilə bilməz” AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2025-ci ilin tarixi il kimi dəyərləndirilməsi üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Xüsusilə Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlərin müsbət istiqamətdə dəyişməsi və inkişaf etməsi ölkənin geosiyasi mövqelərinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Vaşinqtonda imzalanan Bəyanat bölgədə yeni mərhələnin başlanğıcını qoydu. Çünki Ermənistan həmin vaxta qədər Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməkdə tərəddüd edirdi, halbuki regional proseslər onun xeyrinə deyildi".Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.O bildirib ki, Azərbaycanın həm ABŞ-da prezident seçkilərinə qədər, həm də seçkilərdən sonra apardığı uğurlu diplomatik fəaliyyət nəticəsində iki ölkə arasında münasibətlər inkişaf etməyə başladı:"Bu prosesin nəticəsi olaraq Vaşinqtonda Azərbaycanın sülh təşəbbüsləri çərçivəsində irəli sürdüyü əsas şərtlər həm Ermənistan, həm də ABŞ tərəfindən qəbul edildi. Eyni zamanda Ermənistanın ABŞ-dakı lobbi imkanları və yüksək vəzifəli şəxslər vasitəsilə Amerika siyasətinə təsir göstərmək cəhdləri iflasa uğradı. Vaşinqtonda imzalanan ikinci sənəd bölgə üçün yeni perspektivlər açdı, xüsusilə Zəngəzur dəhlizinin açılması və regional iqtisadi canlanma üçün real zəmin formalaşdırdı".Ekspert qeyd edib ki, 2025-ci ildə Azərbaycanın əldə etdiyi bu tarixi uğurların mərkəzində məhz Vaşinqton Bəyanatı və ABŞ-la münasibətlərin inkişafı dayanır:"Bununla yanaşı, bölgədə sabitliyin təmin olunması üçün ikinci sülh sazişinin imzalanması baxımından da real imkanlar yaranıb. Azərbaycan bu istiqamətdə Ermənistana bir sıra konstruktiv addımlar atıb. Rusiyadan və ya Qazaxıstandan Ermənistana taxıl daşınmasına icazə verilməsi, eləcə də yanacaq göndərilməsi sülh perspektivlərinin tərkib hissəsi kimi qiymətləndirilir. Azərbaycanın növbəti əsas hədəfi sülh sazişinin imzalanması və bölgədə dayanıqlı sabitliyin tam bərqərar olunmasıdır".Onun sözlərinə görə, Azərbaycan artıq müharibə mərhələsini başa çatmış hesab edir, ərazi bütövlüyünü bərpa edib və sülh prosesində əsas söz sahibi kimi çıxış edir:"Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs həyata keçirilə bilməz. Paralel olaraq, ölkənin böyük iqtisadi hədəfləri mövcuddur və xarici siyasətdə atılan uğurlu addımlar Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir. Bu amillər 2026-cı il üçün də həlledici rol oynayacaq".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
demokrat.az

1Mənbələr