AZ

Tramp ona Nobel mükafatının verilməməsini axmaqlıq sayır

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Norveçin ona Nobel Sülh Mükafatını verməmək qərarını "axmaqlıq" adlandırıb.

Reyting.az xəbər verir ki, Ağ ev rəhbəri bunu özünün “Truth Social” səhifəsində yazıb.

D. Tramp bununla bağlı qeyd edib:

"Mən təkbaşına səkkiz müharibəyə son qoydum və NATO üzvü olan Norveç axmaqcasına mənə Nobel Sülh Mükafatını verməmək qərarına gəldi".

Tramp vurğulayıb ki, milyonlarla insanın həyatını xilas etmək vacibdir.

D. Tramp hələ oktyabr ayında bildirmişdi ki, 2026-cı ildə Nobel Sülh Mükafatını almağa ümid edir.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
reyting.az

1Mənbələr