Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda qəza şəraiti yaradır.
Xezerxeber.az xəbər verir ki, bəzi vətəndaşlar isə belə hallarla tez-tez qarşılaşdıqlarını deyirlər.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur:
İdarə bir daha bütün sürücüləri sükan arxasında səbrli olmağa, tələsəkliyə yol verməməyə çağırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.