Qış fasiləsinə 9 xalla 9-cu sırada yollanan “Difai”nin qış hazırlıq planı bəlli olub. Bu barədə “Football-plus.az”a Ağsu təmsilçisinin məşqçisi Aydın Qasımov məlumat verib.
Mütəxəssis bildirib ki, futbol üzrə ölkə çempionatının 1-ci liqasında mübarizə aparan komanda yanvarın 8-dən etibarən məşqlərə başlayacaq. Kollektiv təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama matçı keçirəcək. “Difai” 15-də MOİK-lə, 20-də “Qaradağ Lökbatan”la, 28-də isə “Şəfa” ilə qarşılacaq.
Aydın bəyin sözlərinə görə, klubun heyətində dəyişikliklər də baş verib. Belə ki, üç futbolçuyla yollar ayrılıb. Əvəzində komandaya 2 legioner, 2 yerli oyunçu cəlb edilib. Daha bir əcnəbi futbolçuyla danışıqlar yekunlaşmaq üzrədi.
Xatırladaq ki, 1-ci liqada mövsümün ikinci yarısı fevralın 5-də başlayacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta