Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Avtomobillə piyadanı vurub meyitini bir kilometrdən çox sürükləyən sürücü hələ də həbs olunmayıb. Avtosfer.az xəbər verir ki, Meksikada baş verən hadisə kameraya düşüb.
Belə ki, İztapalapa şəhərində adı açıqlanmayan şəxs idarə etdiyi “Honda City” markalı avtomobillə hərəkətdə olan zaman kuryer kimi çalışan 52 yaşlı şəxsi vurub. Sürücü avtomobilin altında qalan kuryeri təxminən bir kilometrdən çox sürükləyib və daha sonra hadisə yerindən qaçıb. Nəticədə 52 yaşlı şəxs ölüb.
Yerli medianın məlumatına görə, qəzanı törədən şəxs polis tərəfindən saxlanılıb, lakin bu günə qədər onun həbs olunduğu barədə açıqlama verilməyib. Bildirilib ki, hazırda səlahiyyətli şəxslər hadisə ilə əlaqədar müşahidə kameralarını araşdırır.
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.